Skip links

Vertebroplastika

Əlaqə Forması

    Əlaqə nömrəsi

    0555 195 88 88

    Vertebroplastika

    Vertebroplastika onurğa sütunu içǝrisinǝ polimetilakrilat (sümük sementi) yeridilməsi prosesidir.

    Onurğanın sıxılma sınıqlarında və ya xərçəng metastazlarına görə onurğa gövdəsinin hündürlüyünün azaldığı hallarda tətbiq edilir. Minimal invaziv əməliyyat olan vertebroplastika onurğadaxili sümüyü gücləndirmək üçün tətbiq edilən bir üsuldur. Fəqərənin hemangiomaları bəzi hallarda çox böyük ola bilər. Vertebroplastika əməliyyatı sümüyün gücləndirməsindən əlavə anjiyomanın birbaşa embolizasiyası məqsədilə tətbiq oluna bilər.

    Vertebroplastika necə tətbiq olunur?

    Əməliyyat otağı şəraitində həyata keçirilən vertebroplastika əməliyyatından əvvəl xəstəyə sedativ verilir və və profilaktik tədbir olaraq antibiotiklər də verilir. Prosedur çərçivəsində müdaxilənin ediləcəyi arxa və ya bel nahiyəsi görüntülənir və giriş nöqtəsi təyin olunur. Giriş nöqtəsi lokal anesteziya ilə keyidilir və vertebroplastika iynəsi kiçik bir kəsiklə sümüyə doğru irəliləyir. Sonra iynə fırladılır və korteksə daxil edilir. Daha sonra sementi barium sulfatla qarışdıralaraq hazırlanır. Radiopak haka gətirilir. Diş pastası konsistensiyasına malik olan sement skopi nəzarəti ilə verilir.

    Vertebroplastika əməliyyatından əvvəl nəzərə alınmalı olanlar

    Vertebroplastika əməliyyatından əvvəl nəzərə alınması lazım olan bəzi amillər var. Bunlar aşağıdakı kimi sıralanır:

    • Müdaxilədən əvvəl xəstədə hər hansı bir infeksiya olmamalıdır.
    • Antikoaqulyantlar (məsələn, aspirin, plavix, kumadin) həkim tərəfindən göstərildiyi kimi müvafiq vaxtdan əvvəl dayandırılmalıdır.
    • Müdaxilədən 4-6 saat əvvəl ac qalmaq lazımdır.

    Vertebroplastika kimlərə tətbiq oluna bilər?

    Vertebroplastika aşağıdakı hallarda tətbiq olunur:

    1- Osteoporoz səbəbiylə kompressiya sınıqları.
    2- Xərçəng metastazına görə onurğa sınıqları.
    3- Onurğa anjiyoması.

    Vertebroplastikanın riskləri nələrdir?

    Hər əməliyyatda olduğu kimi, vertebroplastikanın da bəzi riskləri var. Bunlar; ağciyər damarlarında tıxanma (Ağciyər emboliyası), iflic, qırıq və ağrıdır.

    This website uses cookies to improve your web experience.
    This site is registered on wpml.org as a development site. Switch to a production site key to remove this banner.