İçi jelatinə bənzər maddə ilə dolu olan bu yastıqların vəzifəsi beldəki yükləri tarazlaşdırmaqdır. Diski qalın qoruyucu bir örtük əhatə edir. Bu qabığın zəifləməsi və ya zədələnməsi; qabarıqlıq, çıxıntı və ya yırtıqla nəticələnə bilər. Bütün bu dəyişikliklər ağrıya səbəb olur.
Disk yırtığı nədir?
Onurğanın bel nahiyəsində 5 fəqərə və 5 disk var. Bu disklərin qopması nəticəsində disk tərkibinin onurğa kanalına daxil olaraq sinirlərə basması disk yırtığı olaraq təyin olunur. Yaşlanma səbəbiylə yırtıq meydana gələ biləcəyi kimi, beldə gərginlik və ya ani tərs hərəkətlər də bu vəziyyətə səbəb ola bilər.
Klinik əlamətlər:
Ən çox görülən əlamətlər aşağıdakı kimi sıralanır:
- Bel və tutulan sinirlərin paylanım nahiyǝsində ağrı,
- Hərəkət, öskürək, irəli əyilmə ilə artan ağrı,
- Tutulan ayaqda hadisənin şiddətinə bağlı hissiyyat itkisi
- Ağrı nahiyəsində uyuşma hissi
- Güc itkisi
- Refleks itkisi
- Yeriməkdə çətinlik
Necə diaqnoz qoyulur?
Xəstənin anamnezi alındıqdan sonra , klinik müayinǝ üsulları görüntüləmə üsulları işığında ǝldǝ edilir. Onurğanın rentgenoloji görüntüsü ağrının səbəbini təyin etmək üçün ən vacib müayinə vasitəsidir. Diaqnostik üsullar aşağıdakı kimi verilmişdir .
- Maqnit rezonans görüntüləmə (MR)
- Kompüter tomoqrafiyası (KT)
- Elektromiyoqrafiya (EMG)
- Diskoqrafiya
Müalicəsi
Xəstədə; güc itkisi, hissiyyat itkisi, reflekslərin azalması və itki yoxdursa; Steroid inyeksiya, intradisc elektrotermal terapiya, intradisc plazma lazer (L-disq) Əgər xəstədə daimi hissiyat itkisi, güc və refleks itkisi müşahidə edilirsə, o zaman cərrahi müdaxilə edilməlidir.