Skip links

Onurğa Stenozu

Əlaqə Forması

    Əlaqə nömrəsi

    +994 50 5178687

    Onurğa Stenozu

    Onurğa kanalının stenozu irǝli yaşlarda baş verən bel ağrılarının səbəblərindən biridir.

    İrəli yaşdan asılı olaraq, onurğa kanalının ətrafında yerləşən faset oynaqlarında və disklərdə kalsifikasiya baş verə bilər; bu onurğa kanalını daraltmağa başlayır. Onurğa kanalının darlığı, digǝr adıyla onurğa stenozu olaraq da bilinir, disk yırtığından tamamilə fərqlidir. Xəstədə ağrı hərəkətlə inkişaf etmir; Bir müddət gəzdikdən sonra başlayır. İrəliləyən onurğa stenozu hallarında xəstələr hətta qısa gəzintilər zamanı da ağrı hiss edirlər. Gəzinti səbəbiylə ayaqlar bədəni daşıya bilmir; Ayaqlarda heyimǝ hissi ǝmǝlǝ gǝlir. Xəstə istirahət etdikdə bu şikayətlər də yox olur.

    Onurğanın stenozuna nə səbəb olur?

    •  Onurğada kanal darlığı (onurğa stenozu) adətən yaşla müşahidə olunan xəstəlikdir.
    •  Onurğa oynaqlarında qığırdaq strukturlarının aşınması (artrit) nəticəsində sümük böyüməsi baş
      verir. Bu, onurğa kanalına basqı edir və kanalın daralmasına səbəb olur.
    •  Yaşla onurğa disklərinin yırtığı onurğa beynindəki sinirlərə təzyiq edir. Bu, kanalın stenozuna səbəb
      olur.
    •  Onurğa beyni kistləri və şişləri də kanalın darlığına səbəb ola bilər.
    •  Bundan əlavə, bəzi insanlarda anadangəlmə dar onurğa kanalı var. Bu vəziyyətə anadangəlmə
      onurğa stenozu deyilir.

    Klinik təzahürlər

    •  Arxa və bel nahiyəsində ağrı və/yaxud hissizlik
    •  Ayaqda ağrı, güc itkisi, uyuşma, karıncalanma (adətən bu şikayətlər uzun məsafəli gəzintilərdən
      sonra artır)
    •  Sidik qaçırma,
    •  Önə əyilməklə və ya oturaraq ağrının azaldılması və ya aradan qaldırılması.

    Kanal stenozu necə müalicə olunur?

    İlkin mərhələdə xəstənin ağrıları fiziki müalicə, xəstənin artıq çəkisi varsa arıqlamaq, uyğun
    ağrıkəsicilər kimi üsullarla idarə oluna bilər.

    Daha da irǝlilǝmiş hallarda;

    •  Epidural steroid inyeksiyaları,
    •  Epiduroskopiya və nevroplastika deyilən üsullarla son dərəcə kiçik kamera ilə onurğa kanalına girilir
      və sinirlərin sıxıldığı nahiyələrdə daralmış sahə şoranla genişləndirilir. Və sonra hialuronidaza
      inyeksiyası ilə kanalın yenidən daralmasının qarşısını almağa çalışılır.
    •  Uyğun xəstələrdə faset oynaqlarına və onurğa beyni posterior kök sinirlərinə radiotezlik tətbiqi
    •  Xəstənin istirahət etmədən yeriyə biləcəyi məsafə 50 metrdən azdırsa, cərrahi müdaxilə tələb olunur.
    •  Kanal daralması əməliyyatla düzəldilmiş və onurğaya yerləşdirilən implantlarla kanal quruluşu sabit
      hala gətirilǝn xəstələrdə ağrı şikayətləri davam edə bilər.

    Bu xəstələrdə onurğa beyni stimullaşdırılması ən təsirli müalicədir.

    Onurğa beyni stimulyatoruna istənilən cavab alınmazsa, onurğa kanalına müntəzəm ağrıları aradan qaldıran proqramlaşdırıla bilən ağrı pompaları yerləşdirilə bilər.

    This website uses cookies to improve your web experience.
    This site is registered on wpml.org as a development site. Switch to a production site key to remove this banner.