Oynaq ağrısı nədir?
Oynaq ağrısı (artralgiya) oynaqları əhatə edən qığırdaq, bağ, əzələ və vətər kimi strukturlarda ağrı və yanma hissi olaraq təyin olunur. Yaş artdıqca çoxalan oynaq ağrıları müxtəlif səbəblərdən gənclərdə də baş verə bilər.
Oynaq ağrılarına nə səbəb olur?
Oynaq ağrıları adətən yaşla əlaqədar oynaq mayesinin azalması vǝ ya qığırdaqların zəifləməsi səbəbindən baş verir. Bundan əlavə, müxtəlif sümük xəstəlikləri, oynaq iltihabı, xərçəng, artıq çəki (piylənmə), zədələr və travmalar, hipotiroidizm, fibromiyalgiya, lyme, lupus kimi xəstəliklər də oynaqların zədələnməsinə və bu səbəblǝ dǝ ağrılara yol aça bilər. Oynaq ağrıları arasında çiyin nahiyəsini əhatə edən ağrılar ǝn başda gǝlir. Çiyin nahiyəsindən əlavə omba və diz bölgəsi ilǝ birlikdǝ digər oynaqları əhatə edən şiddətli ağrılar da Oynaq ağrıları başlığı altında əlǝ alınmaqdadır.
Oynaq ağrılarının əlamətləri hansılardır?
Oynaq ağrılarının tipik simptomları bunlardır:
- oynaqlarda ödǝm və şişliyin meydana gǝlmǝsi,
- Oynaq dəri nahiyǝsində qızartı ǝmǝlǝ gǝlmǝsi ,
- Oynaq ağrılarına səbǝbiylǝ xəstənin hərəkətlərinin məhdudlaşdırılması,
- Ağrı səbəbiylə yerişin pozulmasının müşahidəsi
Çiyin və qol ağrılarının səbəbləri nələrdir?
- Donmuş Çiyin Sindromu: Adətən travma nəticəsində inkişaf edir. Xəstələr qollarını yuxarı qaldırmaqda və ya əlləri ilə arxalarına çatmaqda çətinlik çəkirlər. Çiyin hərəkət edərkən şiddətli ağrı hiss olunur.
- Qolfçu dirsəyi: Dirsəyin daxili sümük çıxıntısında ağrı və həssaslığa səbəb olan qolfçu dirsək xəstəliyi adətən bilək və qol əzələlərinin həddindən artıq yüklənməsi nəticəsində inkişaf edir.
- Tennis dirsəyi: Dirsəyin xarici sümük çıxıntısında ağrı və həssaslıqla özünü göstərən tennisçi dirsəkdə ödem, ön qol əzələlərinin vətərlərində şişlik vǝ yırtıq əmələ gəlir vǝ bunun nəticəsində ağrıya gǝtirib çıxarır.
Oynaq ağrılarının diaqnozu və tǝşhisi
Diaqnoz və tǝşhis prosesinin ilk addımı xəstənin anamnezi və ətraflı fiziki müayinəsidir.Bundan əlavə, MRT, rentgen, CT (kompüter tomoqrafiyası) və EMG tələb oluna bilər.
Oynaq ağrıları necə müalicə olunur?
Diaqnozdan asılı olaraq müxtəlif müalicə üsulları var.
- Uyğun məşq
- Fizioterapiya
- Kollagen dəstəkləri
- Oynaqdaxili steroid enjeksiyaları
- Oynaqdaxili hialuron turşusu inyeksiyaları
- Ozon terapiyası
- PRP (trombositlə zəngin plazma)
- Piy toxumasından hazırlanmış kök hüceyrə inyeksiyaları
- Oynaqdaxili radiotezliyin tətbiqi