Epiduroskopiya üsulu onurğa kanalı darlığı və ya yapışma, disk yırtığı və sinir sıxılma problemləri və bunlara bağlı yaranan xroniki ağrıların müalicəsində istifadə edilir. Epiduroskopiya, hərəkət edən ucu olan fiber optik kamera vasitəsilə onurğa kanalının görüntülənməsi prosesidir.
Ağrının müalicəsində epiduroskopiyanın istifadəsi
Onun iki əsas istifadəsi var:
1. Xroniki bel və ayaq ağrılarının aradan qaldırılmasında epidural yapışmalar aradan qaldırılır. Disk xəstəliyi üçün dekompressiya əməliyyatından sonra aşağı bel sinir kökləri və ya yerləşdirilən implantlar ətrafında yapışmalar yarana bilər.
2. 2. Epidural inyeksiyaların aparılmasına imkan verir. Sinir köklərinin blokadaları uğursuz olarsa, şişkin sinir köklərinin ətrafına depo steroidləri və yerli anesteziklər qarışığı yeridildikdə, yapışmanın olması epidural dərmanın iltihablı sinir köklərinə çatdırılmasına mane ola bilər.
Epiduroskopiya necə aparılır?
Epiduroskopiya əməliyyat otağında lokal anesteziya və ya sedasyon altında həyata keçirilən prosedurdur. Minimal invaziv üsul olan epiduroskopiyada xəstə üz üstü uzanır. Radioloji görüntünün köməyi ilə koksiksdə nazik bir kəsik edilir və kateter ilə giriş edilir. Kameranın köməyi ilə yapışma yerləri aşkar edilir. Bu nahiyələrə vurulan lokal anesteziya və şoran inyeksiya ilə yapışmalar açılır; sonra hialuronidaz enjeksiyonu ilə yapışmanın təkrarlanmasının qarşısı alınır.Xəstə ümumi anesteziya almadığı üçün əməliyyatdan bir neçə saat sonra evə qayıdır və gündəlik həyatına davam edir.
Kimlər epiduroskopiyadan tətbiq edilir?
Dərman və fiziki müalicə üsullarından heç bir nəticə əldə edilmədikdə;
- Keçirdiyi әməliyyat sonrasında yapışmalar olduğunda ,
- Bel ağrısı və/və ya disk yırtığı olanlar,
- Onurğanın implantasiya əməliyyatlarından sonra tətbiq edilir.