SCS nədir?
Xroniki, şiddətli və davamlı ağrıların müalicəsində; Onurğa beyninə verilən aşağı gərginlikli elektrik cərəyanı ilə ağrıları yatırmağa çalışılmasıdır. Sistemin iş prinsipi sadəcə olaraq belədir: Elektrod xəstənin epidural nahiyəsinə yerləşdirilir və dəri altına yerləşdirilən cihazdan idarə olunan elektrik cərəyanı ilə stimullaşdırma təmin edilir.
SCS necə tətbiq olunur?
Onurğa beyni stimullaşdırılması xəstəxana şəraitində əməliyyat otağında həyata keçirilən bir prosedurdur. Xəstə bu prosedura hazırlandıqdan sonra meyilli yana uzanmış vəziyyətdə gətirilir. Müəyyən edilmiş nöqtədən iynə skopiyanın nəzarəti altında daxil edilir. İynədən keçirilən elektrod skopi nəzarəti altında yenidən irəli çəkilir və onurğa kanalına gəldikdə bura yerləşdirilir. Prosedur zamanı ağrı sahəsini ən yaxşı əhatə edən elektrodun aşkar etmək üçün müxtəlif stimullaşdırma rejimləri sınanır və stimullar verilir. Nahiyəyǝ müvəqqəti elektrod yerlǝşdirilir. Elektrodların bədənin xaricində qalan ucu isǝ sınaq stimulyatoruna bağlanır. Daha sonra xəstə 1 həftədən 3 həftəyə qədər müşahidə edilir. Xəstənin ağrı şikayətlərində ən azı 50% azalma müşahidə olunarsa, test stimulyatoru çıxarılır və mini kəsiklə dərinin altına daimi stimulyator qoyulur.
Tətbiqdən əvvəl hazırlıq:
- Müdaxilədən əvvəl xəstədə infeksiya olmamalıdır.
- Qan durulaşdırıcı dərmanlar (Aspirin, kumadin, plavix və s.) qəbul edilməməlidir; Xəstə bu cür
dərmanlardan istifadə edirsə, həkimin məlumatı daxilində müvafiq vaxtdan əvvəl dayandırılmalıdır. - Prosedurdan 4-6 saat əvvəl xəstə yemək yeməyi dayandırmalı və ac olmalıdır.
- Qeyd etmək lazımdır ki, müdaxilə ediləcək nahiyədə infeksiya və ya dəri problemi olmadığına
diqqǝt edilmǝlidir.
Kimə tǝtbiq edilə bilər?
Kord stimullaşdırılması üçün: Xəstədə xroniki, şiddətli və tez-tez təkrarlanan ağrılar olmalıdır, Digər müalicə üsulları sınanmış, lakin nəticə verməmiş olmalı,
Xəstənin psixiatrik müayinəsi aparılmış olmalı, Xəstə narkotiklərə aludə olmamalıdır.
Təsir göstǝrdiyi xəstəliklər:
- ağrıkəsicilərlə aradan qaldırıla bilməyən sinir sisteminə bağlı nevropatik ağrılar
- Şəkərli diabet səbəbiylə yaranan sinir zədələnməsinə bağlı neyropatik ağrı
- Uğursuz Bel Cərrahiyyəsi Sindromunda görülǝn ağrı
- Əzaların amputasiyası nəticəsində yaranan fantom ağrıları
- Tıxanmış damar xəstəlikləri
- Ürək əməliyyatından sonra xroniklǝşǝn sinə ağrıları
- Buerger və Raynaud xəstəliyi
- Aktiv Mesane Sindromu xəstəliklərində yaranan ağrılar
- Üriner ve Fekal İnkontinans (sidik qaçırma, nəcis tutmama)
- Çanaq ağrıları
Son illərdə ürək xəstəliklərinin səbəb olduğu sinə ağrılarının (dorsal kord stimulyasiyası angina pektorisi) müalicəsində də üstünlük verilməyə başlanmışdır.
Digər tərəfdən, periferik sinir stimullaşdırılması periferik sinir nevropatiyalarında və oksipital sinir nevraljisində istifadə edilə bilər.
Son illərdə nəcis və sidik qaçırma ağrılarının müalicəsində çanaq ağrıları və interstisial sistit ağrılarının müalicəsində sakral stimullaşdırma tətbiqlərinin istifadəsi artmaqdadır